AZ

“Real”ın gözü türk qapıçıda - FOTO

"Real" heyətinə daha bir türkiyəli futbolçu qatmağı planlaşdırır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İspaniya nəhəngi Onuralp Çevikkanın xidmətində maraqlıdır.

Madrid klubu "Trabzonspor"un 18 yaşlı qapıçısını Tibo Kurtuanın gələcəkdəki əvəzləyicisi kimi görür. Hazırda belçikalı zədə üzündən oynamır. Bu səbəbdən La Liqa klubu Andrey Luninlə Kepa Arrisabalaqaya güvənmək məcburiyyətindədir.

Qeyd edək ki, daha bir gənc türkiyəli Arda Gülər də "Real"ın formasını geyinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
milli.az

10Mənbələr