AZ

Bu bürclər ürəkdən sevirlər - Həmişə arxalana biləcəyiniz “daş divardır”

Sizi həqiqətən ürəkdən sevən bir dost, sevgili və həyat yoldaşı tapmaq istəyirsinizsə, bürcünü də nəzərə almalısınız.

Publika.az xəbər verir ki, bu mənada Xərçəng, Balıqlar, Şir, Qız və Oğlaq bürcünün nümayəndələri idealdırlar: onlar həmişə partniyorunu dəstəkləyir, vaxtlarını, pullarını və emosiyalarını əsirgəmirlər.

Gəlin, ən romantik və qayğıkeş bürclərin xüsusiyyətləri ilə yaxından tanış olaq.

Xərçəng (21 iyun - 22 iyul)

Hər kəs bilir ki, Xərçənglər ən mehriban və ən mülayim insanlardır - buna görə də onların bu siyahıda yer alması təbiidir. Xərçənglər kobud və qapalı görünə bilərlər. Ancaq bu, yalnız yeni insanlarla tanışlıq zamanı hiss edilir. Bu Zodiak işarəsinin etibarını qazanmaq asan deyil. Ümumiyyətlə, Xərçənglərin sarı simlərinə toxunmasanız, yaxşıdır. Onlarla uzun müddət dostluq edənlərə isə ən sadiq, qayğıkeş və romantik partniyor olacaqlar.

Balıqlar (19 fevral - 20 mart)

Bu bürcün nümayəndələri özlərinin və başqalarının hisslərinə böyük əhəmiyyət verirlər. Buna görə də, kiçik bir səhvə yol verəndə belə könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaqlar. Balıqlar ən asan partnyorlar olmaya bilər - ona görə də ilk addım sizdən asılı olacaq, lakin sizi heç bir halda darda qoymayacaqlar. Balıq bürclərinin nümayəndələri sevdiyi insana kömək etmək üçün əlindən gələni edəcək və partniyoru yaxşı deyilsə, normal həyata qayıda bilməyəcəklər.

Şir (23 iyul - 22 avqust)

Ümumilikdə belə qəbul edilir ki, Şirlər ən eqoist insanlardır. Ancaq bu xüsusiyyətləri sevgi münasibətlərinə mane olmur - Şir yalnız güzgüdəki əksini deyil, həm də aşiq olduğu insanı necə sevməyi bilir. Bürcün səmimiyyəti onun səxavətində özünü göstərir - o, yaxınlarına həmişə həm maddi hədiyyələr, həm də bütün sevgisini verməyə hazırdır. Əsas odur ki, Şir bürclərinin hisslərinə heç vaxt dırnaqarası baxmayın və ya dəyərsizləşdirməyin, əks halda onu bir daha görməyəcəksiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
Mənbələr
Şərh ()
Bağla