AZ

La Liqa: “Barselona”dan “Valensiya” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında ötən mövsümün qalibi olan “Barselona” doğma meydanda “Valensiya” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda hesabı Kataloniya təmsilçisi açsa da, elə ilk hissədə məğlub duruma da düşüb. “Barsa” yalnız ikinci hissədə vurduğu qollar sayəsində əzmkar qələbə qazana bilib.

Beləliklə, 33 turdan sonra 84 xala malik “Real” vahid liderdir. “Barselona” 73 xalla 2-ci, “Jirona” 71 xalla 3-cü, “Atletiko” 64 xalla 4-cü, “Atletik” 58 xalla 5-ci, “Real Sosyedad” 51 xalla 6-cı, “Betis” 49 xalla 7-ci pillədə qərarlaşıb. “Valensiya” 47, “Vilyarreal” 45, “Xetafe” 43 xal toplayıb.

İspaniya, La Liqa
33-cü tur
26 aprel

Real Sosyedad – Real 0:1
Qol: Arda Gülər, 29.

27 aprel

Las Palmas – Jirona 0:2
Qollar: D.Lopes, 26. Dovbik, 57-pen.

Almeriya – Xetafe 1:3
Qollar: Losano, 41 – Qrinvud, 27; 48. Mata, 61.

Alaves – Selta 3:0
Qollar: Simeone, 48. Quridi, 54. Benavides, 86.

Atletiko – Atletik 3:1
Qol: De Paul, 15. Korrea, 52. Simon, 80-öz qapısına – N.Uilyams, 45.

28 aprel

Kadis – Malyorka 1:1
Qollar: Maskarell, 59-öz qapısına – Muriqi, 12.

Qranada – Osasuna 3:0
Qollar: Pellistri, 29. Uzuni, 48. Boye, 90.

Vilyarreal – Rayo Valyekano 3:0
Qollar: Sörlot, 18; 74. Moskera, 69.

Betis – Sevilya 1:1
Qollar: İsko, 38-pen – Salas, 56.

29 aprel

Barselona – Valensiya 4:2
Qollar: F.Lopes, 22. Levandovski, 49; 82; 90+3 – Duro, 27. Pepelu, 38.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
14
arena.az

10Mənbələr