AZ

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

ABŞ-Səudiyyə Ərəbistanı arasında müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli sazişlə bağlı işlərin çoxu yekunlaşıb.

Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud Ər Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxışı zamanı bildirib.

“Düşünürəm ki, biz ABŞ ilə ikitərəfli sazişlərin imzalanmasına çox yaxınıq. İşlərin çox hissəsi artıq yekunlaşıb. Fələstin cəbhəsində baş verməli olduğunu düşündüyümüz şeylərlər bağlı ümumi konturlarımız var”, – Feysəl bin Fərhan müdafiə paktının bağlanması perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.

Daha əvvəl “Reuters” agentliyi Ər Riyadın Vaşinqtonla NATO-nun kollektiv təhlükəsizlik xartiyasının 5-ci maddəsinə yaxın şərtlər əsasında müdafiə paktı bağlamaq üzrə danışıqlar apardığını xəbər vermişdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum onun bütün ölkələrinə müharibə elan etməyə bərabərdir. Agentliyin mənbələrinin məlumatına görə, təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər.

Seçilən
139
50
Mənbələr
Şərh ()
Bağla