AZ

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

“Cahan As Company” məhkəməyə verilib. 

Valyuta.az xəbər verir ki, buna səbəb şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilməsidir. 

İşə Nizami Rayon Məhkəməsində baxılacaq. 

430.4-cü maddəyə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
173
29
Mənbələr
Şərh ()
Bağla