AZ

Salam Sarvanın son vəziyyəti açıqlandı

Şair Salam Sarvanın səhhəti ilə bağlı son durum açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Onun sözlərinə görə, həkimlər növbəti əməliyyatı riskli bildiklərindən kimya-terapiya müalicəsini yazıblar: "Şişi götürmək riskdir. Ona görə də ondan nümunə götürülüb. Beş-altı günə nəticəsi bilinəcək. Ona uyğun addım atılacaq".

Hazırda evdə müalicə alan Salam Sarvan özünü nisbətən yaxşı hiss etdiyini əlavə edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
7
teleqraf.com

10Mənbələr