AZ

Qazaxıstan XİN: “Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq”

“Qazaxıstan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.

O bildirib ki, danışıqlar yalnız tərəflər arasında aparılacaq. 

“Biz Almatıda bu cür danışıqları planlaşdırırıq. Biz indi Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Baş tutacaq danışıqlar tərəflər arasında keçiriləcək. Qeyd etmək istərdim ki, burada Astananın vasitəçiliyindən söhbət getmir”. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
2
bizim.media

10Mənbələr