AZ

Si Cinpin Avropa ölkələrinə səfər edəcək

Çin lideri Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfər edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

“Fransa Prezidenti Emmanuel Makron, Serbiya Prezidenti Aleksandr Vuçiç, Macarıstan Prezidenti Tamaş Szujok və baş nazir Viktor Orbanın dəvəti ilə Çin Prezidenti Si Cinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək”, - Hua Çuninq bildirib.

T.İSMAYIL

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla