AZ

Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası keçirilir

Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi iclası öz işinə başlayıb.

Xüsusi iclasın açılışında çıxış edən Səudiyyə Ərəbistanının iqtisadiyyat naziri Feysəl bin Fadhil Əlibrahim bu görüşün dünyanın bir çox dəyişikliklərlə, o cümlədən, iqtisadiyyatın, cəmiyyətin və sənayenin misli görünməmiş problemlərlə və geniş imkanlarla üzləşdiyi bir vaxtda keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu gün qlobal iqtisadi əməkdaşlıq olduqca vacibdir.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende tədbiri Qəzzada humanitar vəziyyəti və digər mühüm regional, həmçinin beynəlxalq mövzuları nəzərdən keçirmək üçün mühüm hadisə kimi dəyərləndirib.

İclasda, həmçinin ekoloji problemlər, psixi sağlamlıq, rəqəmsal valyuta, süni intellekt, cəmiyyətdə incəsənətin rolu, müasir sahibkarlıq və ağıllı şəhərlərlə bağlı fikir mübadiləsi aparılır.

Seçilən
115
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq