AZ

Dövlət qurumları arasında basketbol üzrə respublika birincilyinin qalibi məlum olub

Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə respublika birincilyi keçirilib.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a bildirilib ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.

Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.

Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komanda rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
525.az

10Mənbələr