AZ

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyinə görə "Opel" markalı avtomobilin sürücüsü C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.
Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla