AZ

Premyer Liqada daha 3 oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

Yenisabah.az xəbər verir ki, əvvəlcə "Qəbələ" "Kəpəz"i qəbul edəcək.

Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.

Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.

Günün son qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
8
Mənbələr
Şərh ()
Bağla