AZ

Zəngəzurda İrana aid avtobus qəzaya uğradı: ölənlər var

Zəngəzur vilayətinin Verin Xotanan kəndi yaxınlığında İrana məxsus avtobus qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Qəza yerinə əməliyyat qrupu və iki döyüş-xilasetmə briqadası cəlb olunub.

Avtobusun İrandan gəldiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
40
Mənbələr
Şərh ()
Bağla