AZ

Şəhid Faiq Şükürovun xatirəsi anıldı – Masallıda

“Babək – 44” taborunun qorxubilməz əsgəri
 
Şəhadətindən 30 il ötür
 
Aprelin 26-da, Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Faiq Şükürovun xatirəsi anıldı. 
Şəhidin adını daşıyan Lürən kənd tam orta məktəbində keçirilən anım tədbirində şəhidin doğmaları, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri, məktəbin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Əvvəlcə Dövlət himnimiz səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Məktəbin müəllimi Gülnaz Talıbova şəhidin qısa və şərəfli ömür yolu barədə məlumat verdi.
Masallı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun məsləhətçisi Samit İslamov, şəhid ataları Bayram Əsgərov, Aqil Mikayılov, Hafiz Qurbanov, jurnalist-publisist Akif Ağayev, şəhidin səngər yoldaşları İsaq Bağırov, Səfərxan İsmayılov, Emil Şahbazov, şəhid Fayəddin Xancanovun qardaşı Rizvan Rzayev, məktəbin direktoru Farid Hüseynov, kənd sakini Tariyel Nurullayev şəhidin qəhrəmanlığından söz açıb, xatirələrini bölüşdülər.
Diqqətə çatdırıldı ki, Vətənə sonsuz sevgisi ilə yeni nəslə örnək olan Şaiqlə təkcə onun ailə üzvləri deyil, bütün xalq qürur duyur.
Bildirildi ki, Şükürov Faiq Xubalı oğlu 12 sentyabr 1973-cü ildə Masallı rayonunda, Lürən ərazisinin Pircana kəndində dünyaya göz açıb. 1988-ci ildə Lürən kənd səkkizillik məktəbini, 1991-ci ildə Masallı 37 nömrəli Texniki-Peşə Məktəbini və sürücülük kursunu bitirib. Məktəb illərindən idmanın karate növü ilə məşğul olub. 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqan rayonlarındakı “N” saylı hərbi hissələrdə xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaəti, igidliyi ilə fərqlənib. Horadiz stansiyasının azad edilməsi zamanı ağır yaralanan Faiq müalicə aldıqdan sonra yenidən səngərə qayıdıb. 
“Babək – 44” taborunun ilk komandiri, ehtiyatda olan polkovnik Elxan Qəniyev və əsgərlərdən Samid Dadaşov, Faiq Mirzəyev, Aşur İmanov, Rəşid Dadaşov, Ramiz Aslanov, Abuzər Gülməmmədov Faiqi cəsur, fədakar döyüşçü kimi xatırlayırlar. Ən şiddətli döyüşlər zamanı düşmən atəşinə məhəl qoymayan qorxubilməz pulemyotçu əsgərimiz həmişə öndə olmağa, düşmən üzərinə şığımağa can atıb. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə ən təhlükəli yerlərdən belə döyüşçülərimizə silah-sursat, ərzaq ehtiyatı daşımaqdan çəkinməyib.     
1994-cü il aprelin 26-da Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda, “Şişqaya” istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu ünvanda torpağa tapşırılıb... 
Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Şəhidin qardaşları Mübariz və Fariz Şükürovlar ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Şəhidin məzarı ziyarət edildi, önünə gül dəstələri düzülərək ruhuna dualar oxundu.
Sonra Faiqin vətənpərvər ruhda böyüdüyü ocağa, Şükürovlar ailəsinə baş çəkdik.  Şəhid anası ilə görüş hər birimizin könlünə sevgi kimi axdı. Qəhrəman övladı barədə qürurla danışan 77 yaşlı Cahan ananı dinlədikcə, bunun mahiyyətində mənəvi kamilliyin, azərbaycançılığın olduğunu bir daha qət etdik: “Şükürlər olsun ki, nakam balamın uğrunda şəhid olduğu torpaqlarımızı 30 ildən sonra azad görmək nəsibimiz oldu. Faiqimin qanı yerdə qalmadı. Fəxr edirəm ki, oğlumun adı heç vaxt unudulmayacaq...”  
 
Akif AĞAYEV
 

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25931
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25225
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18099
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14384
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14124
Sabah 20 dərəcə isti olacaq
9371
May ayında Azərbaycana qar yağdı - VİDEO
8672
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8334
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7073
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6745
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6345
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6308
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6304
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5927
Azərbaycan nefti ucuzlaşıb
5800
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
5774
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5677