Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.