AZ

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

FHN:

Bakı, 27 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 36 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfəri xilas ediblər.

Seçilən
72
49
Mənbələr
Şərh ()
Bağla