AZ

"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq Artisti Fikrət Verdiyevə həsr olunub - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib."Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov, Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva, Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış ediblər.

Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeş təsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. Sahil Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu ilə "Göygöl" Dövlət Mahnı və  Rəqs  Ansamblının çıxışları hərarətlə qarşılanıb. 

Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoroliklər nümayiş etdirilib.

Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev idi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17697
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14481
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9076
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7188
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6890
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5470
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5259
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4768
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4661
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4157
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3960
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3317
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225