AZ

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, “91-lər”dən olan Şahlar Əsgərovun “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Ulu Öndər Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. O, sözügedən kitabın Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərinin ictimai diqqətə çatdırılması üçün mühüm mənbə olduğunu qeyd edib.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi mərhələlər dövlətçiliyimizin və xalqımızın intibahında tarixi əhəmiyyət daşıyıb. Ümummilli Liderin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın yaranması dövrü oldu.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, təqdimatı keçirilən kitab faktları əks etdirir, onu fəlsəfi əsər kimi də səciyyələndirmək mümkündür.

Kitabın müəllifi Şahlar Əsgərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəridir. O, kitabda Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin əks olunduğunu diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı Ulu Öndərin müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırdığını qeyd edib. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Heydər Əliyev yolu Azərbaycanın gələcək inkişafında da mayak rolunu oynayacaq.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan professor Sudeif İmamverdiyev, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov, “91-lər”dən olan Novruz Quliyev, Qarabağ müharibəsi veteranı Cahangir Hüseynov və YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Tahir Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həm sovetlər dönəmində, həm də müstəqillik illərində xalqımız qarşısında xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev ideyaları əbədiyaşardır.

Tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
47
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17713
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14495
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9114
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8165
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7207
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6971
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6910
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6871
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6628
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5480
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5267
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4786
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4162
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3320
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3226