AZ

Azərbaycanda daha bir konserv zavodu - LƏĞV OLUNUR - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRƏCƏK

“10” iyun 2024-cü il tarixdə saat 16:00-da,  “Qazax Konserv Zavodu” ASC-nin (dövlət qeydiyyatı № (VÖEN) 4200087251) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Qazax rayonu, Qazax şəhəri, Ə. Şıxlinski küçəsi, 105 ünvanında baş tutacaq.

Səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.

2) Cəmiyyətin ləğvi.

3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi,

Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.

4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz.

Səhmdarların ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur.

Seçilən
114
18
Mənbələr
Şərh ()
Bağla