AZ

Təxminən 130 milyon avrodan imtina edəcək?

Kilian Mbappe PSJ-ni tərk etmək üçün təxminən 130 milyon avrodan imtina etməyə hazırdı. Bunu Ramon Alvares iddia edib.

Tanınmış jurnalist və insayder futbolçunun “sadiqlik bonusu”ndan və bu mövsüm alacağı maaşın bir hissəsindən imtina etməyə hazır olduğunu deyib. Mbappe ümumilikdə 127,8 milyon avrodan imtina edə bilər.

Xatırladaq ki, bir müddət əvvəl onun bu ilin fevral ayının ilk həftəsində “Real”la razılığa gəlməsi haqda xəbər yayılmışdı. Həmin məlumatda tərəflərin 5 illik müddətə anlaşdığı qeyd edilmişdi. Kilianın Madrid klubunda bu müddətdə təxminən 150 milyon avro bonus alacağı və ümumilikdə 225 milyon avro qazanacağı da bildirilmişdi.

Mbappe PSJ-də 2017-ci ildən PSJ-də oynayır. 25 yaşlı futbolçu bu komanda ilə 13 kubok qazanıb. Onun Fransa klubu ilə müqaviləsi iyunun 30-da qüvvədən düşəcək. Bütün aparıcı mənbələr Kilianın yayda “Real”ın sıralarına keçəcəyini vurğulayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla