AZ

Şənbə gününün havası necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 24-29° olacaq. Atmosfertəzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabirduman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə7-12°, gündüz 18-23° olacaq.

Seçilən
120
49
Mənbələr
Şərh ()
Bağla