AZ

"Tərəflərdən heç biri üçtərəfli sazişləri rəsmən təkzib etməyib" - Zaxarova

Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlər aktuallığını davam etdirir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

O, erməni jurnalistin "9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılmasından sonra öz qüvvəsini itiribmi?" sualını cavablandırıb: "Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər aktuallığını saxlayır və tərəflərdən heç biri onları rəsmən təkzib etməyib". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla