AZ

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahlarını qarşısını almaq məqsədilə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, vətəndaş nikahı son vaxtlar çox müzakirə edilən və heç bir halda nəticə əldə edilməyən bir məsələdir.

"Çünki biz həll yolunu dövlətdən gözləyirik. İctimaiyyət isə məsələyə birtərəflik nümayiş etdirir. Dövlətdə hər yerdə ola bilmədiyi üçün nəzarət mexanizmi bir qədər çətindir. Burada məsuliyyət cəmmiyyətin üzərinə düşür. Onlar bu kimi vəziyyətləri gördükləri anda xəbər verməlidir. Lakin heç kim bu məsuliyyətin altına girmək istəmir. İnsanlar erkən nikaha məcbur edilən uşağın toyunda iştirak edir, xonçasından nabat götürür yeyir. Lakin onu və valideynlərini əlaqədar quruma bildirmək yaxud məsuliyyət altına girmək istəmir. Qohumluq, dostluq, tanışlıq bəhanələr ilə bu məsələ ilə bağlı addım atmırlar. Əgər bu gün vətəndaşlar məlumat verməyəcəksə, hansısa ucqar dağ kəndində vətəndaş nikahı olacaqsa və qeyri-qanuni ailənin övladı dünyaya gələcəksə burada günahkar kimdir? Təbii ki, bunu görən, susan və laqeyd yanaşan hər kəs günahkardır. İnsanlar bu gün nikah bağlanmadan ailə qururlar. Rəsmi nikah olmadan toy edən insanlar düşünürlər ki, ailə qurublar.

Sosioloqun sözlərinə görə, dövlət rəsmi nikah edən ailəni qanuni sayır. Bu sənəd olmadığına görə, vətəndaş nikahından doğulmuş uşaqlar artacaq. Bir şeyi nəzərə almaq və ciddi formada tətbiq etmək lazımdır ki, dövlətin verdiyi nikah haqqında şəhadətnamə olmadan heç bir din xadimi dini nikah bağlamamalıdır. Din xadimləri ən ali sənəd sayılan nikah haqqında şəhadətnaməni tələb etməlidir:

"O şəhadətnaməni gördükdən sonra həmin din xadimi cütlüklərə dini nikah kəsməlidir. Bu məsələdə diqqətli olmalıdır. Onların bu işdə bir qədər məsuliyyətli olması vacibdir. Uşaqların nikahdan kənar doğulması məsələsi yalnız onların məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür. Sənəd tələb ediləndə, ailənin yadına düşür ki, nikahları yoxdur. Bu halda gedirlər nikah kəsdirirlər. Elə hallar var ki, uşağın 7 yaşı tamam olur və ailənin nikah haqqında sənədi olmadığı üçün məktəbə gedə bilmir. Bu cür vəziyyətlərdə vətəndaş nikahından doğulan uşaqların sayında artım olacaq. Bəzən erkən nikah deyil, sadəcə olaraq ailə adı altında qeyri-qanuni şəkildə yaşayanlar var. Beləliklə qadın uşaq dünyaya gətirir və bu da vətəndaş nikahı hesab olunur. Səbəblər və yollar çoxdur. Lakin nəticə eynidir. Vətəndaş nikahından doğulan uşaqların sayı yüksəlir. Biz hər şeyi dövlətin boynuna yıxa bilmərik. Dövlət həmişə hər yerdə ola bilmir. Ona görə vətəndaşın məsuliyyəti və ictimai qınaq çox problemi həll edə bilər. Lakin məsuliyyət altına girmək istəmirik".

Sevda Səfərova

Seçilən
152
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
18112
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
17513
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16742
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15234
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
14206
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
12719
Çingiz Mustafayevin toyudur - FOTOLAR
12525
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
11646
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10694
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
10399
"Zaur, yenə çaşdın..." - VİDEO
8427
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7299
Minimum əmək haqqı nə qədər arta bilər?
6605
Elçin boşandığını etiraf etdi - FOTOLAR
6441
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6076
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5199
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5152
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4806
22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto
4351