AZ

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkib. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir. Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir. Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb. Bildiyimiz kimi, Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk etdilər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsi ilə bərabər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya Prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik”.

 

Deputat qeyd edib ki, Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərini yaşamağa davam edir.

 

"2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə də suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və qətiyyətli siyasətinin nəticəsidir. Prezidentin Rusiya səfərində daha bir əlamətdar hadisə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyinin keçirilməsi oldu. BAM dedikdə təkcə Rusiyada yox, bütün post-sovet məkanında ulu öndər Heydər Əliyev yada düşür. Bu görüşdə Rusiya Prezidenti Vladimir Putinin ulu öndər Heydər Əliyevi hörmətlə yad etməsi, Prezident İlham Əliyevə xitabən, “sizin atanızın bu layihədə mühüm rolunun olduğunu” qeyd etməsi Rusiyada ümummilli liderə yüksək hörmət əlamətinin göstəricisidir. Bu da Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirildiyini deməyə əsas verir”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
47
sfera.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh