AZ

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir. 
Ednews-un məlumatına görə, satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır. 
Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır. Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır. 
Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır. 
Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
66
32
Mənbələr
Şərh ()
Bağla