AZ

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.Bununla bağlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq, - deyə nazir qeyd edib.

Seçilən
72
41
1

1Mənbələr

Şərh ()
Bağla