AZ

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

2024-cü ilin fevralında elm adamları ABŞ-da üzüm bağlarını məhv edən və Avropada heç vaxt tapılmayan “Xylella” bakteriyasının daha bir alt növünü kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Elm adamları ilk dəfə 2013-cü ildə Avropada bitki öldürən “Xylella fastidiosa” bakteriyasının ilk növünü kəşf ediblər. Bu bakteriya İtaliyanın Apuliya bölgəsindəki 60 milyon zeytun ağacının üçdə birini məhv edib.

Bu əkinlər bir vaxtlar İtaliyanın zeytun yağının demək olar ki, yarısını təmin edirmiş və ağacların bir neçə əsr yaşı var imiş. Nəticədə onların sahibləri istehsalı dayandırıb, zeytun dəyirmanları müflis olub və turistlər əraziyə getməkdən imtina ediblər.

Baş verənlərə baxmayaraq, bakteriyanın məhv edilməsi üçün müalicə üsulu hələ də tapılmayıb. Bakteriya təxminən 1 milyard avro dəyərində ziyana səbəb olub, ərazinin böyük hissəsi tamamilə məhv edilib.

Məlumatlar göstərir ki, Avropa İttifaqına yeni gətirilən bitki xəstəliklərinin yayılması eyni sürətlə davam edir və 2015-2020-ci illər arasında ildə orta hesabla 70 xəstəlik baş verir.

Hətta 2016-cı ildə tətbiq edilən bitkilərin daşınması üçün yeni qaydalar belə kömək etməyib. Öz növbəsində alimlər, fitoepidemioloqlar, aqronomlar dövlətlərin gördüyü tədbirlərin hələ də yetərli olmadığını deyirlər.

Qeyd edək ki, “Xylella” bakteriyaları çox güman ki, Latın Amerikasından Niderlanda gətirilən dekorativ qəhvə bitkilərində olub. Beynəlxalq protokollara görə, xaricdən gətirilən bitkilərin yalnız 2%-ə yaxını xəstəliklərə görə yoxlanılır.

Aİ-nin əsas limanlarından keçən bitkilərin sayını nəzərə alsaq, yeni növlərin introduksiya edilməsi mümkündür. Mütəxəssislər deyirlər ki, problemin həlli xərclərin və faydaların tarazlaşdırılması baxımından həll edilməlidir.

Seçilən
91
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17577
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12526
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
8610
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7725
May ayında Azərbaycana qar yağdı - VİDEO
7456
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6882
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6805
Sabah 20 dərəcə isti olacaq
5689
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5580
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5439
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5411
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5389
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5139
Bu yol qovşağında təmir işləri aparılacaq
5139
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4557
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4486
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4475
Azərbaycan nefti ucuzlaşıb
4286
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4179