AZ

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olundu

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.

Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
Mənbələr
Şərh ()
Bağla