- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib.
Doğru.az xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
DOĞRU.AZ
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.