AZ

Xadimə direktoru bıçaqladı - ŞOK SƏBƏB

İşdən çıxarıldığı üçün məktəb direktorunu bıçaqlayan xadiməyə hökm oxunub. 

News24.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Cəlilabadın Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Cahangir Əliyev 15 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi məktəbin həyətində bıçaqlı hücuma məruz qalıb. Hücumu isə məktəbdə uzun illər xadimə işləyən 1986-cı il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Aida Zamanova (soyad şərti) adlı qadın törədib. 

Qadın 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı alıb və 2023-cü ilin may ayının 8-də direktorun əmri ilə işdən azad olunub. Aida Zamanova direktorun qərarından Cəlilabad şəhər Təhsil Şöbəsinə müraciət edib. O iddia edib ki, Təhsil Şöbəsinin əməkdaşı araşdırma aparıldığını və guya onun məktəbə açıq-saçıq paltarda gəldiyini, kənddə əxlaqsız kimi tanındığını, bu səbədən işdən çıxarılmasının əsaslı sayıldığını deyib.

Bundan sonra təqsirləndirilən şəxs evindən mətbəx bıçağını götürərək direktorun yanına gedib. O, Cahangir Əliyevdən əxlaqsız olması barədə iddianı sübut etməyi tələb edib və əynindəki jaketin yaxasından bıçağı çıxararaq onu qovmağa başlayıb. Təqsirləndirilən şəxs bıçaqla vurarkən direktor sağ əlini qabağa verib və əlindən xəsarət alıb. Sonra isə təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq xəsarət yetirib. 

Məktəb direktorunun şikayəti əsasında qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə qadın özünü təqsirkar bilib və əməlindən peşman olduğunu deyib. Məktəb direktoru da təqsirləndirilən şəxslə barışdığını və onu çox vaxt məktəbə gəlmədiyi üçün işdən çıxardığını deyib. 

Məhkəmənin qərarı ilə Aida Zamanova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1  il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8357
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5366
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5173
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4938
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4738
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3838
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3117
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2878
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2817
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2780
Sabah 20 dərəcə isti olacaq
2721
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2308
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2284
Röyanın biabırçı videosu yayıldı
2267
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2116
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2099
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1922
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
1819
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1712
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1691