AZ

Lukaşenko bu halda prezident postundan gedəcək

Belarus prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkilərində iştirak etmək üçün şərtləri açıqlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ölkənin hazırkı prezidentinin sözlərinə görə, “xalq belə qərar verərsə” o, seçkilərdə iştirak edəcək. Üstəlik, belaruslar başqa şəxsin prezident olması qərarına gəlsələr, bununla razılaşacaq.

“Mən bu qədər uzun müddətdir ki, prezident kimi çalışıram... Əgər seçilməsəm, ilk prezident olmaqla kifayətlənəcəyəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci ildə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
49
Mənbələr
Şərh ()
Bağla