AZ

İşdən çıxarılan xadimə məktəb direktorunu bıçaqladı -

İşdən çıxarıldığı üçün məktəb direktorunu bıçaqlayan xadiməyə hökm oxunub. Metbuat.az bildirir ki, Cəlilabadın Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Cahangir Əliyev 15 may 2023-cü il tarixdə, saat 14 radələrində işlədiyi məktəbin həyətində bıçaqlı hücuma məruz qalıb. Hücumu isə məktəbdə uzun illər xadimə işləyən 1986-cı il təvəllüdlü, Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Aida Zamanova (soyad şərti) adlı qadın törədib. Qadın 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı alıb və 2023-cü ilin may ayının 8-də direktorun əmri ilə işdən azad olunub. Aida Zamanova direktorun qərarından Cəlilabad şəhər Təhsil Şöbəsinə müraciət edib. O iddia edib ki, Təhsil Şöbəsinin əməkdaşı araşdırma aparıldığını və guya onun məktəbə açıq-saçıq paltarda gəldiyini, kənddə əxlaqsız kimi tanındığını, bu səbədən işdən çıxarılmasının əsaslı sayıldığını deyib.Bundan sonra təqsirləndirilən şəxs evindən mətbəx bıçağını götürərək direktorun yanına gedib. O, Cahangir Əliyevdən əxlaqsız olması barədə iddianı sübut etməyi tələb edib və əynindəki jaketin yaxasından bıçağı çıxararaq onu qovmağa başlayıb. Təqsirləndirilən şəxs bıçaqla vurarkən direktor sağ əlini qabağa verib və əlindən xəsarət alıb. Sonra isə təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq xəsarət yetirib. Məktəb direktorunun şikayəti əsasında qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə qadın özünü təqsirkar bilib və əməlindən peşman olduğunu deyib. Məktəb direktoru da təqsirləndirilən şəxslə barışdığını və onu çox vaxt məktəbə gəlmədiyi üçün işdən çıxardığını deyib.

Məhkəmənin qərarı ilə Aida Zamanova Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13737
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2487
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2220
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2094
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2065
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1036
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
754
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
668
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
665
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
651
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
649
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
585