AZ

Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliyevin bir müddət bundan öncə müxtəlif ünvanlardan tapdığı AK-74 tipli avtomat, içərisində 7,62 mm çaplı 30 ədəd güllə olan 1 avtomat darağı, həmin avtomata aid olan 1 ədəd süngü-bıçaq, "Toz-8" tüfənginə aid 250 ədəd sursat və digər sursat -gilizlər gizlədildiyi ünvanlardan aşkar olunaraq götürülüb.Müəyyən olunub ki, həmiş şəxs silah-sursatları və onun hissələrini aidiyyəti üzrə təhvil vermədən özündə saxlayıb.Faktla bağlı Xankəndi Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət işi qaldırılıb. C.Əliyev şübhəli şəxs qismində tutulub.Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
43
Mənbələr
Şərh ()
Bağla