AZ

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək – FOTO

Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

Mədəniyyət Nazirliyindən Doğru.az-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək olmaqdan ibarətdir.

Yeddi gün ərzində müxtəlif konsert salonlarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətkarlar yer alacaq.

DOĞRU.AZ

image-img-20240423-wa0020

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq