AZ

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Festival Mədəniyyət Nazirliyinin və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan Hacıyevanın Musiqi Məktəbi tərəfindən təşkil ediləcək.

Kulis.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera mədəniyyəti sahəsində yeni istedadların kəşfi və onlara dəstək olmaqdan ibarətdir.

Yeddi gün ərzində müxtəlif konsert salonlarında Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

Festivalın nüfuzlu qonaqları arasında müxtəlif xarici ölkələrdən gəlmiş sənətkarlar yer alacaq.

Seçilən
38
22
1

1Mənbələr

Şərh ()
Bağla