AZ

Gömrük işçiləri ilə bağlı - YENİ QANUN

Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək.

Sahibkarlar üçün çətinliklər yaranıb - GÖMRÜKDƏ PROBLEMLƏR AÇIQLANDI

FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

    Qeyd edilib ki, qanun layihəsi gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük orqanı əməkdaşlarının yeni qulluq yerinə köçməsinin və bununla bağlı ona kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir. Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik kompensasiya ödəniləcək. Qeyd olunan xərclərin və kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəkdir. Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit olunmuşdur və praktikada tətbiq olunur

    Qüvvədə olan qanuna əsasən, gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.

    Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    101
    15
    Mənbələr
    Şərh ()
    Bağla

    Reytinq

    Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
    20806
    ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
    12072
    Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
    11535
    Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
    5929
    Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
    5403
    Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
    5348
    Qəza yerində şok detal: naməlum adam... - Video
    4825
    Rəisi öldü, Pakistanda matəm elan edildi
    3823
    Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
    3401
    Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
    3264
    Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
    3096
    Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
    2850
    “PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
    2807
    Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
    2797
    Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
    2677
    Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
    2389
    Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
    2300
    Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
    2263
    Hidayət Heydərov dünya çempionu oldu
    2032
    Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
    1965