AZ

Azərbaycan şəhərlərində etiraz aksiyaları keçirildi

Təbriz, Həmədan, Urmiya, Ərak və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri etiraz aksiyaları keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə təqaüdçülər sosial media hesablarında paylaşım ediblər.

Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
25
axar.az

10Mənbələr