AZ

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq"

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq".

BiG.AZ xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-ın TikTok-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğu barədə xəbərdarlıq etsə də, ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını müdafiə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

TikTok-un milli təhlükəsizliklə bağlı problem yaratdığı səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti ByteDance platformanı təhvil verməli olacaq.


BiG.Az
Seçilən
172
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq