AZ

"WhatsApp"da yeni funksiya: Faylları paylaşmaq mümkün olacaq

\"WhatsApp”a gələn yeni funksiya sayəsində yaxınlıqdakı istifadəçilər öz aralarında fayl mübadiləsi edə biləcəklər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan \"WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

\"WhatsApp”ın Android 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət ortaya çıxıb.

Müvafiq olaraq, \"WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini söyləyir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməməsinə tam nəzarət edəcəklər. \"WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
28
Mənbələr
Şərh ()
Bağla