AZ

"Dərinsulu Günəşli" platformasından indiyədək təxminən 640 milyon barel neft hasil edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun “Dərinsulu Günəşli” platformasından indiyədək təqribən 640 milyon barel neft hasil edilib.

Valyuta.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına istinadən xəbər verir.

SOCAR “Dərinsulu Günəşli” platformasının istismara verilməsinin 16-cı ildönümü münasibətilə videoçarx hazırlayıb.

“Platforma 2008-ci il aprelin 22-də istifadəyə verilib. “Dərinsulu Günəşli” platformasından indiyədək 638 milyon barel neft və 18,2 milyard kubmetr səmt qazı hasil edilib”, - məlumatda qeyd edilib.

Bu platformadan orta gündəlik neft hasilatı 2023-cü ilin sonuna 67,3 min barel təşkil edib.

Hazırda AÇG blokunda hasilat 7 platformadan həyata keçirilir. 2023-cü ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 133 milyon barel (18 milyon ton) hasil edilib. 2023-cü ildə blokda orta gündəlik neft hasilatı 363 min barel təşkil edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Seçilən
167
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26643
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26315
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18130
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
16971
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14406
Sabah 20 dərəcə isti olacaq
9658
May ayında Azərbaycana qar yağdı - VİDEO
8817
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8589
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8485
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8223
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7232
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6879
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6581
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6483
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6442
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6029
Azərbaycan nefti ucuzlaşıb
5984
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5861