AZ

“Ölümcül səhv”:ABŞ-ın Zelenski planı nədir?

Amerikalı iqtisadçı Ceffri Saks “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib ki, xüsusi əməliyyatın başlamasından sonra ilk həftələrdə Ukrayna prezidenti Vladimir Zelenski danışıqlara razılıq verib, lakin Qərb müttəfiqlərinin təzyiqi altında sülh yolu ilə nizamlanmadan imtina etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, o, bunu “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.

“Biz bacarıqsız olduğumuz üçün ABŞ müdaxilə etdi. Onlar ukraynalılara dedilər ki, mübarizə etsinlər”- deyən iqtisadçının fikrincə, Zelenski bununla da yüz minlərlə ukraynalı üçün “ölümcül səhv” etdi.

Eyni zamanda Saks vurğulayıb ki, Moskvanın xüsusi əməliyyatda məqsədi ilkin olaraq NATO-nun şərq istiqamətində genişlənməsinin qarşısını almaq olub və prezident Vladimir Putin əməliyyata başlamazdan xeyli əvvəl Rusiyanın təhlükəsizliyinin təminatları ilə bağlı Qərb liderləri ilə razılaşmağa çalışıb.

Lakin onun sözlərinə görə, Ağ Ev administrasiyası bu barədə heç nə eşitmək istəməyib. Onun fikrincə, bu da ABŞ hökumətinin səriştəsizliyini ortaya qoyub.

“Rusiyanın əldə etməyə çalışdığı şey NATO-nu Ukraynadan uzaqlaşdırmaqdır. Burada hər şey olduqca aydındır. Son 25-30 ildə bunu izləyən bizlər üçün açıq-aydın görünürdü ki, ABŞ-ın NATO-nu Ukraynaya doğru hərəkət etdirmə siyasəti Çinin Rio-Qrandedə hərbi baza qurmağa çalışması ilə eynidir”, - Saks fikrini yekunlaşdırıb.

Seçilən
138
50
Mənbələr
Şərh ()
Bağla