AZ

Zelenskinin prezidentlik səlahiyyəti bu tarixdə başa çata bilər

"May ayından Ukrayna kifayət qədər çətin, lakin fəlakətli olmayan vəziyyətlə üzləşəcək". 

"Unikal" xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib. 

Onun sözlərinə görə, Ukraynada gələn ayın ortalarından etibarən problemlər yaranacaq. Bu, Rusiya qoşunlarının kompleks yanaşmaya əl atması ilə bağlıdır.

Budanov aydınlaşdırıb ki, söhbət təkcə döyüş meydanındakı vəziyyətlə bağlı deyil, həm də Ukraynadakı daxili siyasi vəziyyətlə bağlıdır.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri  iddia edib ki,  Volodimir Zelenskinin prezidentlik səlahiyyətlərinin mayın 20-də başa çata bilər. 

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
50
unikal.az

10Mənbələr