AZ

109 illik erməni yalanına ciddi zərbə

Ermənistanın hakim partiyasına yaxın siyasətçi Andranik Köçəryanın  saxta erməni soyqırımı zamanı həlak olanların adbada siyahısını tərtib etmək təklifi niyə etiraz doğurub? 

Erməni ideoloqları 109 ildir ki, dünyanı saxta  soyqırım nağılına inandırmağa çalışırlar. Guya 1915-ci il aprelin 24-də Osmanlının daxili işlər naziri Tələt Paşa “erməni əhalisinin dövlət səviyyəsində  kütləvi öldürülməsinə” dair yazılı göstəriş veribmiş. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd ümumiyyətlə, yoxdur. Osmanlı dövlətinin daxili işlər naziri Tələt  Paşa 1915-ci il aprelin 24-də imzaladığı sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlərində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan erməni təşkilatlarının rəhbərlərinin həbs olunmasından gedir. Tarixi sənədləri, baş vermiş hadisələri dərindən və hərtərəfli təhlil edərkən  belə nəticəyə gəlmək olar ki,  Birinci Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olub... 

Musavat.com xəbər verir ki, bu günlərdə Ermənistanın hakim partiyasına yaxın siyasətçi Andranik  Köçəryan saxta erməni soyqırımı zamanı həlak olanların adbada siyahısını tərtib etməyi təklif edib. Köçəryan təcrübəli və tanınmış siyasətçidir, 1990-cı illərin əvvəllərində  Ermənistan müdafiə nazirinin müavini olub, sonra isə təhlükəsizlik və milli müdafiə məsələləri ilə məşğul olub. Köçəryan qeyd edib ki, “erməni soyqırımı nəticəsində öldürülənlərin sayı bir milyon yarımdan az, ya çox ola bilər ki, bu da erməni tarixçiləri arasında ümumi qəbul olunmuş rəqəm hesab olunur”.  

800px-conquered_aivaz_baba_fort_at_adrianople-1.jpg

Rusiyanın “Vzqlyad” nəşri yazır ki, ilk baxışdan Köçəryanın təklifində qeyri-adilik yoxdur. “Məsələn, İsraildə  Holokost Muzeyində nasistlər tərəfindən öldürülən yəhudilərin adlarının müəyyən edilməsi və onların hekayələrinin yazılması istiqamətində davamlı işlər aparılır” deyə, uğursuz müqayisə edilir. Çünki yəhudi soyqırımınıdan fərqli olaraq,  dünyada erməni soyqırımı sadacə,  uydurma hekayədən ibarətdir.  Elə bu səbəbdən də  Köçəryanın   “siyahıyaalma təklifi” Ermənistanda kəskin etirazlar doğurub.  

 Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan  erməni yalanının ifşa olunmasından qorxuya düşərək  Köçəryanı açıq hədəfə çıxarıb: “Bu, açıq şəkildə erməni kimliyinə, Ermənistanın dövlətçiliyinə qarşı yönəlmiş  qəbuledilməz addımdır”.  Sabiq ombudsmana görə,  “Türkiyə hakimiyyəti hər zaman saxta erməni soyqırımı qurbanlarının sayını şübhə altına almaq istəyib,  Köçəryanın təklifi də bu  inkar siyasətinə dəstəkdir”.   

Tatoyan iddia edib ki, guya saxta soyqırımla məşğul olan alimlər, eləcə də  “soyqırımı” rəsmən tanıyan dövlətlər  heç vaxt “qurbanların” sayını şübhə altına almayıblar.  

Bildirilir ki, baş nazir Nikol Paşinyanın çıxışında “soyqırım” sözünü işlətməyi dayandırdığını çoxları müşahidə edib. O, erməni dilində sabit olan, təxminən “böyük vəhşilik”, “qırğın” kimi tərcümə olunan  ifadələrdən  istifadə etməyə başlayıb.    

 Arman Tatoyan hesab edir ki, belə yanaşma qurbanların xatirəsinə hörmətsizlikdir. Onun fikrincə, ““qırğın” və “soyqırım” anlayışlarının eyniləşdirmək “Ermənistanın maraqlar baxımından onları eyniləşdirmək yolverilməzdir”.

Снимок-10.JPG

 “Vzqlyad” onu da yazır ki, Osmanlı İmperiyasında  ermənilərin sayı ilə bağlı heç bir statistika olmayıb.  “1844-cü il əhalinin siyahıyaalınmasına 2 milyon erməni daxil idi, lakin heç kim həmin dövrdə Türkiyədə siyahıyaalmanın düzgün aparıldığını və 20-ci əsrin əvvəllərində onların sayının nə qədər olduğunu təsdiq edə bilməz. Təbii ki, əksər erməni ailələrinin 1915-ci ildə  başına gələnlərlə bağlı öz əfsanələri, nənə və babalarından rəvayətləri var, lakin bu cür şifahi ənənənin tarix elminə faydası azdır .Kobud desək, erməni soyqırımı zamanı öldürülən 1,5 milyon nəfərin heç bir ciddi sənədli sübutu yoxdur”.  

 Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlinib  ki, 1915-ci ildə  köçürülmə zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olub. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülublər. 

Musavat.com  

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla