AZ

Yumurtanın qiyməti kəskin ucuzlaşdı -

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.Satıcılar "Xəzər Xəbər"ə deyiblər ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq