AZ

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan həmyerlisi Əliyev Niyaz Qardaşxan oğlu xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
13
Mənbələr
Şərh ()
Bağla