AZ

“Xəzri”nin baş məşqçisi: “Final gecə ilə gündüz kimi idi”

“Matç gecə ilə gündüz kimi idi”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmen deyib.

Basketbol üzrə Azərbaycan kubokunun finalında “Neftçi”yə 61:65 hesabı ilə uduzan mütəxəssis bildirib ki, üçüncü perioddan sonra müdafiədə aqressivlik itib və hücumda yanlış qərarlar veriblər: “Ona görə də rəqib bundan yaxşı istifadə edib görüşə ortaq oldu. Son periodda isə nəzarəti tamamilə itirdik. 30 dəqiqə hesabda öndə oyandıqdan sonra rəqibin üstünlüyü ələ alması oyunuçlarımda təzyiq yaratdı. Əslində orada elə də çox fərq yox idi. Rəqib foul limitində idi, ancaq biz hücumda yanlış qərarlar verdik. Yersiz top itkilərimiz də oyunumuza təsir etdi və bu matçı məğlubiyyətlə başa vurmağımıza səbəb oldu. Hələ yolun əvvəlindəyik. Təbii ki, bunlar bir bəhanə deyil, yenidən daha çox çalışıb hədəfə yönəlməliyik”.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
41
Mənbələr
Şərh ()
Bağla