AZ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə təsdiq edilib

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 19-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. Dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Eyni zamanda, süni torpaq sahəsi Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır.

Qanun layihəsinə görə, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilmir.

Sənəd layihəsi birinci oxunuşda təsdiq edilib.

Seçilən
84
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28018
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27000
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19579
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18182
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14726
Sabah 20 dərəcə isti olacaq
10050
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9933
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8783
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8057
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7473
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7198
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7114
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6735
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6575
Azərbaycan nefti ucuzlaşıb
6216
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6204