AZ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqləndi

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İnterpress.az-ın xəbərinə görə, Milli Məclisin bugünkü plenar iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.

Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.

Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

Qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

Müzakirələrdən sonra yeni qanun layihəsi I oxunuşda qəbul olunub.

Seçilən
122
36
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21947
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19465
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18350
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17830
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17362
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17195
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16281
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15672
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12189
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11328
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9912
"Zaur, yenə çaşdın..." - VİDEO
8912
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8759
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8092
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7678
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7319
Minimum əmək haqqı nə qədər arta bilər?
7131
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6505
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5830