AZ

Naxçıvanla bağlı yeni qərar

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.

Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək.

Qeyd edilib ki, "Media haqqında" qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanıb.

Seçilən
130
39
Mənbələr
Şərh ()
Bağla