AZ

"Bu tip normalara qurumlar tərəfindən riayət edilmədiyini görürük" - Palata sədri

"Bəzi istiqamətlərdə xərclərin Nazirlər Kabinetinin müəyyən etdiyi normalarla tənzimləndiyini görmək mümkündür. Belə normalar, praktik baxımdan olduqca əhəmiyyətli olmaqla yanaşı, digər tərəfdən öz adekvatlığını daim qorumalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, bir çox hallarda bu tip normalara praktikada qurumlar tərəfindən riayət edilmədiyini görmək mümkündür.

"Bu bəzən normanın minimum səviyyəni tənzimləməsi ilə paralel maksimum hədləri dəqiq tənzimlənməməsi ilə (məsələn, mədəniyyət sahəsində qonorarla bağlı normalar), bəzən normaların uzun müddət yenilənməməsi və ya bu ehtiyaca baxılmaması (məsələn, ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün normalar) və ya ümumiyyətlə normanın müvəqqəti qəbul edilməsi ilə bağlı ola bilər (məsələn, avtomobil yollarının istismarı üzrə müvəqqəti xərc normativləri).  Bundan əlavə, əksər hallarda normativlər yalnız büdcədən maliyyələşdirilən təşkilatlara şamil edilir. Publik hüquqi şəxslərə münasibətdə tənzimləmənin sərbəstliyi görünür. Halbuki, nəzarət tədbirləri zamanı publik hüquqi şəxslərdə vəsaitin istifadə məqsədinin dövlət orqanından heç bir xüsusiyyəti ilə fərqlənməməsi halında daha yüksək xərcləmələrin edildiyini görmək mümkündür. 

Burada arqument publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir imkanının olması ola bilər. Lakin nəzərə alınmalıdır ki, PHŞ-lərin gəlirləri yalnız fəaliyyət istiqamətində istifadə edilməlidir.  Eyni zamanda, biz qəbul edirik ki, ölkədə Nəticə Əsaslı Büdcəyə keçidin tam mənada tətbiq edilməsi halında hazırkı sifariş əsaslı büdcə konsepsiyasının atributu olan normativ büdcənin tələblərində, habelə büdcədə yerdəyişmələrlə bağlı məhdudiyyətlərdə yumşalmalar ola bilər".

Anar Kəlbiyev
 

Seçilən
176
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4489
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3922
Bu yol qovşağında təmir işləri aparılacaq
3404
Bakıda hoteldə yanğın başlayıb
2919
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2037
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1856
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1694
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1658
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1601
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1424
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1410
Azərbaycan nefti ucuzlaşıb
1356
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1338
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1334
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1146
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1128
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1107
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1095
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1043
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
950